Azərbaycan millisinin yarımmüdafiəçisi Qazaxıstan Premyer Liqasının ən bahalı futbolçuları sırasında yer alıb

  Bölmə: Maqazin | 490 | 21:30 29-12-2018
Azərbaycan millisinin yarımmüdafiəçisi Qazaxıstan Premyer Liqasının ən bahalı futbolçuları sırasında yer alıb

Qazaxıstan Premyer Liqasında ən bahalı futbolçuların yeni qiymətləri açıqlanıb.

Transfermarkt.de saytının hazırladığı siyahıda ilk "10-luğ"a Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda da düşüb. "Astana" klubunda çıxış edən Almeydanın dəyəri 1,5 milyon avrodur. O həm də Azərbaycan yığmasının ən bahalı oyunçusudur. Braziliya əsilli pleymeyker macarıstanlı həmklubu Laslo Klyaynhayslerlə birgə 9-10-cu yerləri bölüşür.

"Qarabağ"ın daha bir sabiq futbolçusu, hazırda "Astana"da çıxış edən hücumçu Pedro Enrike isə 2-ci pillədə yer alıb. Onun qiyməti 2,8 milyon avrodur. İlk pillədə bu klubun 3 milyon avro dəyərə malik xorvatiyalı yarımmüdafiəçisi Marin Tomasov qərarlaşıb. Hərəyə 2,5 milyon avro qiyməti olan Dmitri Şomko və Roman Murtazayev 3-4-cü yerləri bölüşürlər. Onlar da Qazaxıstan çempionunun formasını geyinirlər.

Qeyd edək ki, Riçard Almeyda "Astana" ilə iyulun 4-də, Pedro Enrike ilə isə iyulun 14-də müqavilə bağlayıb. Onların yaxın vaxtlarda "Qarabağ"a qayıdacaqlarına dair xəbər yayılıb.


Digər xəbərlər