"Sabah" klubu "Qəbələ"nin futbolçusu ilə müqavilə bağlayıb

  Bölmə: Ölkə futbolu | 91 | 21:30 29-12-2018
"Sabah" klubu "Qəbələ"nin futbolçusu ilə müqavilə bağlayıb

“Sabah” klubu qış fasiləsində növbəti futbolçu transferini rəsmiləşdirib. 

 Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə ilə 2 illik müqavilə bağlanıb. O, “Sabah”da 17 nömrəli forma geyinəcək.

Karyerası ərzində “Qarabağ”, “Şüvəlan”, “Zirə” komandalarında çıxış etmiş yarımmüdafiəçinin son klubu “Qəbələ” olub.

Təmkin əsas millidə 10 oyun keçirib, 1 qola imza atıb.

Xatırladaq ki, Xəlilzadə “Sabah” FK-nın qış fasiləsində həyata keçirdiyi ikinci transferdir. Debütant bir neçə gün öncə Rəşad Eyubovla müqavilə bağlayıb.


Digər xəbərlər