Azərbaycan Boks Federasiyasının vitse-prezidenti AİBA-nın büro üzvü seçilib

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) büro üzvü seçilib.
Beynəlxalq təşkilatın ən ali qurumu hesab olunan büroda cəmi 7 nəfər çalışacaq. Bunlar AİBA prezidenti Qafur Rəhimov, 2 vitse-prezident və İcraiyyə Komitəsinin 4 üzvüdür. AİBA rəhbərinin təqdimatı ilə İcraiyyə Komitəsinin üzvlərinin təsdiq etdikləri “yeddilik” 4 il müddətinə bu vəzifəni icra edəcək.
Büro dünya boksunda ən vacib məsələləri – bu idman növünün gələcəyini müəyyən etmək, qanunların dəyişməsi, maliyyə məsələlərinə nəzarət, həmçinin idarəetməni müzakirə edərək, İcraiyyə Komitəsinin gündəliyinə çıxarmaq səlahiyyətinə sahibdir.
Qeyd edək ki, Süleyman Mikayılov bu hüquqa ikinci dəfə yiyələnib. O, 2013-cü ildə də 5 nəfərdən ibarət olan büroda eyni vəzifəni daşıyıb. ABF rəsmisi AİBA-nın İcraiyyə Komitəsinin də üzvüdür.
-
İnternet üzərindən şahmat yarışı keçirilib
...
-
"Formula -1" üzrə Azərbaycan Qran-prisi də təxirə salınıb
...
-
Azad Rəhimov qalib şahmatçı ilə görüşdü
...
-
2021-ci ildə Beynəlxalq Etnoidman Forumu Bakıda keçiriləcək
...
-
Avropa Triatlon Federasiyaları prezidentlərinin sayca 15-ci konfransı keçirilir
...
-
Kikboksinq Federasiyasında nə baş verir? - Vəzifəsindən azad olunan Güloğlan Cabbarov Adil Əliyevdən narazılıq edir
...
-
Deputatlığa namizəd Murad Fərzəliyev seçicilərlə bərabər İmişlidəki Şəhidlər Xiyabanını ziyarət etdi
...
-
Tarixdə ilk dəfə bu növdə idmançılarımız yer tutublar
...
-
Futzal millimiz Slovakiya yığmasını məğlub edib
...
-
Futzalçılarımız dünya çempionatının elit raunduna vəsiqə qazanıb
...