"Olimpsport" son 10 ilin ən yaxşılarını seçir - SORĞU

  Bölmə: Maqazin | 1668 | 17:13 08-01-2019
"Olimpsport" son 10 ilin ən yaxşılarını seçir - SORĞU

"Olimpsport" jurnalı yaranmasının 10 illiyi ilə əlaqədar oxucular arasında "Qızıl 10-luq" İdman sorğusu elan edir.

Sorğunun şərtlərinə görə 2009-2019-cu illər ərzində son 10 ilin ən yaxşılarını seçmək üçün aşağıdakı nominasiya üzrə qaliblər müəyyən ediləcək.

1. 10 İLİN ən yaxşı Olimpiya mükafatçısı

2. 10 İLİN ən yaxşı dünya çempionu

3. 10 İLİN ən yaxşı Avropa çempionu

4. 10 İLİN ən yaxşı məşqçisi 

5. 10 İLİN ən yaxşı idman xadimi

6. 10 İLİN ən yaxşı idman mütəxəssisi 

7. 10 İLİN ən yaxşı futbol verlişi 

8. 10 İLİN ən yaxşı döyüş klubu

9. 10 İLİN ən yaxşı idman rəhbəri 

10.10 İLİN ən yaxşı hakimi

Səs vermə bu gündən etibarən iki həftə müddətində keçiriləcək.

Oxucularımızdan seçdikləri namizədin ad,soyadını və çıxış etdiyi idman növünü eyni zamanda öz ad,soyadlarını [email protected] ünvanına göndərmələrini xahiş edirik.

Xatırladaq ki, Türkiyədə hazırlanan və tərkibində qızıl materialdan istifadə olunan mükafatlar qaliblərə "Olimpsport" jurnalının təntənəli 10 illik yubiley tədbirində təqdim ediləcək. 


Digər xəbərlər