Azərbaycanın kişi voleybol millisi Avropa çempionatından kənarda qalıb

  Bölmə: Digər növlər | 1125 | 19:42 11-01-2019
Azərbaycanın kişi voleybol millisi Avropa çempionatından kənarda qalıb

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Avropa çempionatının final mərhələsinə yüksələ bilməyib.

Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv G qrupunda son tur matçında, səfərdə İsveçə uduzub - 0:3. Stokholmda təşkil olunmuş qarşılaşmanın ilk setini 25:13 hesablıüstünlüklə tamamlayan meydan sahibləri ikinci setdə müqavimətlə üzləşiblər. Lakin bu setdən 25:19 hesablı üstünlüklə ayrılan skandinaviyalılar üçüncünü də böyük fərqlə başa vurublar - 25:16.

Bu nəticədən sonra hər iki komanda xallarını 8-ə çatdırıb. Lakin nə Azərbaycan, nə də İsveç mərhələ adlaya bilib. Cəlalovun komandası daha çox - 3 qələbə qazandığı üçün 2-ci yeri tutub. Bununla belə, ümumilikdə 7 qrupda 2-ci olan komandalardan ən yaxşı "5-liy"ə Azərbaycan düşə bilməyib. Bu səbəbdən, final mərhələsinə yüksəlmək üçün tarixi şans əldən verilib.

Avropa çempionatı, seçmə mərhələ

G qrupu, VI tur

20:00. İsveç - Azərbaycan - 3:0 (25:13, 25:19, 25:16)

Hakimlər: Roberto Boris (İtaliya), İqor Porvaznik (Slovakiya)

Stokholm, "Eriksdalshallen" voleybol salonu

Qeyd edək ki, Bu gün Azərbaycanın kişi voleybol yığması Avropa çempionatına vəsiqə uğrunda tarixi oyunaçıxıb.


Digər xəbərlər