Cüdo üzrə ölkə birinciliyində daha 6 çəkidə qaliblər müəyyənləşib

  Bölmə: Olimpiya Növləri | 118 | 19:45 11-01-2019
Cüdo üzrə ölkə birinciliyində daha 6 çəkidə qaliblər müəyyənləşib

"Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi davam edir.

 80 klubdan 612 cüdoçunun mübarizə apardığı yarışda 2-ci günün qalibləri məlum olub. Müxtəlif çəki dərəcələrində Nigar Səhrabova (40 kq), Zeynəb Məmmədova (52 kq), Nərmin Əmirli (70 kq), İsmayıl Qənbərli (50 kq), Mətin Rzazadə (66 kq) və Ruslan Nəsirli (90 kq) respublika çempionu adına layiq görülüblər.

Ölkə birinciliyinin mükafatçılarına medallar, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub.

Xatırladaq ki, yeniyetmə cüdoçuların ölkə birinciliyi bu gün başa çatacaq.


Digər xəbərlər