Gimnastika üzrə 8 olimpiya mükafatçısı Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək

  Bölmə: Digər növlər | 1456 | 09:19 21-01-2019
Gimnastika üzrə 8 olimpiya mükafatçısı Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək

 Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb.

16 – 17 fevralda baş tutacaq yarışda 31 ölkədən 200-ə yaxın idmançı iştirak edəcək. Onların arasında 8 olimpiya mükafaçısı da var. Bunlar belaruslu Vladislav Qonçarov, kanadalılar - Rosannah Maklennan, Burinet Ceyson, çinlilər - Donq Donq, Gao Ley, britaniyalı Brioni Peyc, rusiyalı Dmitri Uşakov, avstraliyalı Vizani Bennidir. 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunda belaruslu Aleh Rabstau, rusiyalı Yana Pavlova, avstriyalı Dominik Klarke, fransaı Allan Morante kimi tanınmış idmançılar da mübarizə aparacaq.

Dünya Kuboku Milli Gimnastika Arenasında keçiriləcək.

Qeyd edək ki, 2019 və 2020-ci illərdə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku keçiriləcək. Azərbaycanbu kuboklardan ikisinə ev sahibliyi edəcək.


Digər xəbərlər