"2 fevral Gənclər günü" Tovuzda qeyd olundu

  Bölmə: Tovuz Gənclər Evi | 219 | 10:30 01-02-2019
"2 fevral Gənclər günü" Tovuzda qeyd olundu

"2 fevral Gənclər günü" münasibəti ilə Tovuz Gənclər Evində tədbir keçirilmişdir.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Daha sonra "N" saylı hərbi hissənin əsgərlərinində qatıldığı rəsmi hissə Gənclər Evinin akt zalında davam edib. Tədbirdə geniş nitq söyləyən Tovuz rayon İcra Hakimiyyətinin başçısının l müavini Rəşad Zeynalov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin hazırkı gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırıb.

O, bu gün öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirib. R.Zeynalov gənclərə Prezident İlham Əliyevin rəhbərliyi ilə vətənimizə, dövlətimizə və cəmiyyətimizə xidmətdə uğurlar arzulayıb.


Sonda 2018-ci il ərzində rayonun ictimai-siyasi həyatında fərqlənən gənclər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

Rəsmi mükafatlandırılmadan sonra tədbir əyləncəli musiqi proqramı ilə davam etdirilib.

 

 


Digər xəbərlər