Premyer Liqada paytaxt derbisi

  Bölmə: Ölkə futbolu | 5879 | 10:53 14-08-2016
Premyer Liqada paytaxt derbisi

Bu gün Topaz Premyer Liqasında II tura yekun vurulacaq. Olimpsport.az saytının məlumatına görə, son oyun gününün tək qarşılaşması paytaxtda baş tutacaq.

 

“Neftçi” “Zirə” ilə qarşılaşacaq. 8-ci km qəsəbə stadionunda gedən təmir işləri ilə əlaqədar olaraq Masazırda, “Əlincə Arena”da keçiriləcək qarşılaşmada nominal meydan sahibləri ikinci qələbəsini qazanmaq, qonaqlar isə ötən turdakı “Sumqayıt” məğlubiyyətini sığortalamaq üçün mübarizə aparacaqlar.

 

Avrokuboklardakı çıxışı və transferləri üzündən ciddi tənqidlərə məruz qalan, lakin çempionata AZAL üzərində səfər qələbəsi ilə başlayan “Neftçi” digər həmşəhərlilərini də itkisiz keçməlidi. “Neftçi” tarixi ərzində uda bilmədiyi yeganə Azərbaycan klubu olan rəqibindən ötən mövsümkü zərbələrin əvəzini çıxmaq üçün şans da əldə edib.

 

O qədər də iddialı olmayan “Sumqayıt” evdə uduzan, ardınca prezident istefası ilə üzləşən “Zirə”nin hazırda idealdan çox uzaq durumda olması da “Neftçi”nin xeyrinədi. Ötən mövsümün gümüş mükafatçısı olan Adil Şükürovun komandası isə ilk xalını qazanmaqla sonuncu pilləyə yuvarlanmaq ehtimalından qurtulmalıdı.

 

Topaz Premyer Liqası

II tur

14 avqust (bazar)
 


21:00. “Neftçi” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Rahil Ramazanov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov 

 

Turnir cədvəli

 

 N

Klublar

O

Q

H

M

T-F

X

1

Qəbələ

2

1

1

0

2-0

4

2

İnter

2

1

1

0

2-1

4

3

Neftçi

1

1

0

0

2-0

3

4

Qarabağ

2

1

0

1

3-2

3

5

Sumqayıt

2

1

0

1

1-2

3

6

Kəpəz

2

0

1

1

0-1

1

7

AZAL

2

0

1

1

0-2

1

8

Zirə

1

0

0

1

0-1

0


Digər xəbərlər