"Qəbələ" səfər qələbəsi sayəsində 4-cü pilləyə yüksəlib

  Bölmə: Ölkə futbolu | 15 | 21:02 09-02-2019
"Qəbələ" səfər qələbəsi sayəsində 4-cü pilləyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Həftənin ilk oyununda "Sabah" "Qəbələ"ni qəbul edib.

Masazırda "Əlincə Arena"da baş tutan görüş əyalət təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 31-ci dəqiqədə qonaqların forvardı Rauf Əliyev açıb. Bundan 10 dəqiqə sonra isə debütantın hücumçusu Marko Deviç"fərqlənib". Ukraynalı legioner ikinci dəfə simulyasiya görə sarı vərəqə aldığı üçün meydandan qovulub.

Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə maraqlı hadisə baş verib. "Sabah"ın qolkiperi künc zərbəsi zamanı "Qəbələ"nin cərimə meydançasına gəlib. "Qırmızı-qaralar" rəqibi əks-hücumda tutsalar da, Atakora Lalavele topu boş qapıdan keçirə bilməyib.

Bu qələbədən sonra xalını 23-ə çatdıran "Qəbələ" "Sabah"ı keçərək 4-cü pilləyə yüksəlib. Meydan sahibləri 20 xalla 5-ci yerdədir.

 Bazar günü isə "Neftçi" - "Keşlə" və "Səbail" - "Zirə" görüşləri baş tutacaq.


Digər xəbərlər