"Liverpul" ölkə çempionatında liderliyi geri qaytarıb

  Bölmə: Xarici futbol | 863 | 11:09 10-02-2019
"Liverpul" ölkə çempionatında liderliyi geri qaytarıb

"Liverpul" futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turunda "Bornmut"u darmadağın edib.

"Enfild"də keçən qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda bu qələbə sayəsində xallarının sayını 65-ə çatdıraraq yenidən birinciliyi ələ keçirib. Turnir cədvəlinin ikinci pilləsində 62 xalla "Mançester Siti" qərarlaşıb.


Digər xəbərlər