Çempionlar Liqasının 1/8 final mərhələsi: "Roma" "Portu"ya, PSJ "Mançester Yunayted"ə qalib gəlib

  Bölmə: Xarici futbol | 70 | 10:25 13-02-2019
Çempionlar Liqasının 1/8 final mərhələsi: "Roma" "Portu"ya, PSJ "Mançester Yunayted"ə qalib gəlib

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Ilk 2 oyun İtaliya və İngiltərədə təşkil olunub.

"Roma" Portuqaliya "Portu"su ilə görüşdə qələbə qazanıb. "Mançester Yunayted" isə Fransa PSJ-sinə uduzub.

Hər iki qarşılaşmada qollar fasilədən sonra 10 dəqiqə ərzində vurulub.Nikolo Zanyolo 7076-cı dəqiqələrdə "dubl" edərək, "Roma"nın üstünlüyünü təmin edib. "Portu"dan isə təsəlli qolunu 79-cu dəqiqəAdrian vurub.

PSJ isə 53-cü dəqiqədə Presnel Kimpembe və 60-cı dəqiqədə Kilian Mbappenin qolları ilə yekun nəticəni təmin edib. Üstəlik, 89-cu dəqiqədə Pol Poqba qırmızı vərəqə alaraq, "Mançester Yunayted"i 6 martda keçiriləcək cavab görüşündə çətin durumda qoyub.

Qeyd edək ki, 1/8 final mərhələsinin daha 2 ilk oyunu bu gün keçiriləcək. Növbəti 4 oyun isə fevralın 19-20-də baş tutacaq.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

12 fevral

24:00. “Roma” (İtaliya) – “Porto” (Portuqaliya) - 2:1

Qollar: Nikolo Zanyolo, 70; 76 - Adrian, 79

Baş hakim: Danni Makkelli (Hollandiya)

24:00. “Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa) - 0:2

Qollar: Presnel Kimpembe, 53; Kilian Mbappe, 60

Qırmızı vərəqə: Pol Poqba, 89 ("Mançester Yunayted")

Baş hakim: Daniele Orsato (İtaliya)


Digər xəbərlər