UEFA-nın işçi heyəti Avropa Liqasının final oyunu ilə bağlı Bakıda görüşlər keçirir

  Bölmə: Maqazin | 371 | 08:56 14-02-2019
UEFA-nın işçi heyəti Avropa Liqasının final oyunu ilə bağlı Bakıda görüşlər keçirir

Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Azərbaycan paytaxtına sonuncu – 5-ci işgüzar səfəri davam edir. 

 UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media və s. məsələlərlə bağlı görüş keçirir. 

AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda təşkil olunmuş görüşlərdə iştirak edib, qeyd olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Səfər fevralın 15-dək davam edəcək.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da keçiriləcək.


Digər xəbərlər