Azərbaycan Ağır Atletika Federasiyasında 2018-ci ilin hesabat iclası keçirilib

  Bölmə: Digər növlər | 329 | 08:57 14-02-2019
Azərbaycan Ağır Atletika Federasiyasında 2018-ci ilin hesabat iclası keçirilib

Azərbaycan Ağır Atletika Federasiyasında (AAAF) 2018-ci ilin hesabat iclası keçirilib.

Vitse-prezidentlər - İsmayıl İsmayılov və Tofiq Heydərovun da iştirak etdiyi tədbirdə baş katib Rizvan Rəsulov geniş hesabatla çıxış edib.

O, AAAF-ın 2008 və 2012-ci il Yay Olimpiya Oyunlarında mübarizə aparan atletlərdən götürülən nümunələrin yenidən analizi nəticəsində çıxan dopinq qərarına görə aldığı bir illik cəza və bu cəza nəticəsində yaranan problemlərin həlli, durumdan çıxış istiqamətləri barədə həyata keçirilən işlər haqqında danışıb.

Baş katib həmçinin ilboyu təşkil olunan daxili yarışlar, təlim-məşq toplanışları, mütəmadi keçirilən anti-dopinq seminarları və çoxsaylı yoxlamalar, paytaxt və regionlarda idman qurğularının inşası və bərpası, zallara ağırlıqqaldırma avadanlıqlarının paylanılması, çəkilən xərclər, il ərzində beynəlxalq yarışlarda əldə olunan nəticələr barədə məlumat verib.

Hesabat dinlənildikdən sonra iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. Sonda hesabat məruzəsi səsə qoyulub və yekdilliklə qəbul olunub.


Digər xəbərlər