Olimpiya və dünya mükafatçıları Azərbaycan yığmasına məşqçi təyin olunublar

  Bölmə: Digər növlər | 1472 | 10:44 15-02-2019
Olimpiya və dünya mükafatçıları Azərbaycan yığmasına məşqçi təyin olunublar

Boks üzrə gənclərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Əsgər Eyvazovun köməkçiləri müəyyənləşib.

 58 yaşlı mütəxəssisə olimpiya mükafatçısı Şahin İmranovla dünya və Avropa çempionatının bürünc medalçısı Əli İsmayılov yardımçı olacaq.

İsmayılov sabiq baş məşqçi Vaqif Şirinovun vaxtından bu komandada olub. İmranov bu vəzifədə Etibar Abdullayevi əvəzləyib. Hazırda Abdullayev işini əsas yığmada baş məşqçi Vaqif Şirinovla birgə davam etdirir.

Qeyd edək ki, Şahin İmranov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bürünc, 2002 və 2006-cı il Avropa çempionatlarında gümüş medal qazanıb. Əli İsmayılov isə 1999-cu il dünya və 2000-ci il Avropa çempionatlarının bürünc mükafatçısıdır. 


Digər xəbərlər