Azərbaycanın yeniyetmə cüdoçuları İspaniya turnirinə uğurla başlayıblar

  Bölmə: Digər növlər | 1357 | 09:28 18-02-2019
Azərbaycanın yeniyetmə cüdoçuları İspaniya turnirinə uğurla başlayıblar

 İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku turnirinə start verilib.

 Azərbaycan cüdoçuları beynəlxalq yarışın ilk günü 1 qızıl və 1 bürünc medal qazanıblar.

55 kq çəki dərəcəsində yarışan Nicat Məmmədli bütün rəqiblərinə qalib gələrək Avropa kubokunun qalibi olub. 66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mətin Rzazadə yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutub. Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparır. Azərbaycanı beynəlxalq turnirdə 8 cüdoçu təmsil edir.

Daha əvvəl cüdoçu Oruc Vəlizadə Romada qızıl medal qazanıb.


Digər xəbərlər