"Zirə" sonuncu pillədən 6-cı yerə yüksəlib

  Bölmə: Ölkə futbolu | 14484 | 22:56 24-02-2019
"Zirə" sonuncu pillədən 6-cı yerə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.

Son oyunda "Sumqayıt" "Kapital Bank Arena"da "Zirə"ni qəbul edib.

Oyun qonaqların qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qolu 23-cü dəqiqədə "Zirə"nin yeni transferi Mfo Kqasvane vurub. Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Zirə" 6-cı pilləyə yüksəlib. Hesabında 14 xalı olan "Sumqayıt" isə qəsəbə təmsilçisinin tərk etdiyi sonuncu pilləyə enib. Bu, "gənclik şəhəri" təmsilçisinin qış fasiləsindən sonra ardıcıl 4-cü məğlubiyyəti olub.

Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" - "Keşlə" matçı qolsuz bərabərliklə başa çatdığı halda, "Sabah" evdə "Qarabağ"la heç-heçə edib - 1:1. Bu gün keçirilən ilk matçda isə lider "Neftçi" öz meydanında "Səbail"ə 1:2 hesabı ilə uduzub.


Digər xəbərlər