Azərbaycan idmançıları yeniyetmələr arasında cüdo üzrə Avropa kubokunda 3 medal qazanıb

  Bölmə: Digər növlər | 1581 | 17:14 04-03-2019
Azərbaycan idmançıları yeniyetmələr arasında cüdo üzrə Avropa kubokunda 3 medal qazanıb

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib.

Yarışın ilk günü Azərbaycan milli komandasının 3 üzvü medal qazanıb. Yeniyetmə cüdoçularımız 2 gümüş və 1 bürünc medala layiq görülüblər.

Ölkəmizi təmsil edən Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medala, Şükran Zamanlı (55 kq) bürünc medala sahib olub. Qeyd edək ki, Antalya turnirində 16 ölkədən 495 yeniyetmə cüdoçu mübarizə aparır.


Digər xəbərlər