Azərbaycan şahmat yığması dünya çempionatında mübarizəyə başlayır

  Bölmə: Digər növlər | 536 | 08:22 05-03-2019
Azərbaycan şahmat yığması dünya çempionatında mübarizəyə başlayır

Bu gün kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatında mübarizəyə başlayır.

Ilk turda rəqib Çin yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Millinin ən aparıcı üzvləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov digər turnirlərə hazırlaşmaları səbəbindən Astanaya yollanmayıblar. Əvəzində çempionatda Arkadi NaydiçRauf MəmmədovQədir HüseynovEltac Səfərli və Nicat Abbasov çıxış edəcək.

Rəqib komandanın heyətində isə Dinq Liren, Yu Yanqyi, Vey Yi, Bu Syançji və Ni Hua yer alıb.

Bundan başqa Hindistan - İsveçİran - RusiyaMisir - ABŞ və İngiltərə - Qazaxıstan qarşılaşmaları da oynanılacaq.

Dünya çempionatı ümumilikdə 9 turdan ibarət olacaq. Yarışa martın 14-də yekun vurulacaq.


Digər xəbərlər