Sərbəst güləş üzrə yığma komandamız Avropa çempionatına Maxaçkalada hazırlaşır

  Bölmə: Güləş | 72 | 15:05 07-03-2019
Sərbəst güləş üzrə yığma komandamız Avropa çempionatına Maxaçkalada hazırlaşır

  Sərbəst güləş üzrə yığmamız ölkə xaricində növbəti təlim-məşq toplanışına start verib. Millimiz gələn ayın 8-də Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək Avropa çempionatına hazırlıq məqsədi ilə növbəti dəfə Dağıstanın paytaxtı Mahaçqalaya yollanıb. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 20 güləşçidən ibarət heyət qonşu ölkədə fiziki, taktiki-texniki hazırlıq üzərində çalışacaq. Martın 5-dən start götürən toplanış martın 19-dək davam edəcək.

  Qeyd edək ki, millimiz keçən ay təlim-məşq toplanışını Rusiyanın Kislavodsk şəhərində keçirib. Kislavodsk toplanışında yəqin ki, pəhləvanlarımız daha çox fiziki yükləmələr üzərində çalışıb. Ümumiyyətlə , Kislavodsk seçimi fiziki hazırlıq üçün coğrafi nöqteyi tərəfindən doğru seçim idi. Ona görə ki, Qafqazın ən yaşıllıq ərazilərindən biri sayılan bu şəhərin havası ürəyin qidası hesab olunur. Bu amil yəqin ki,  idmançılara verilən fiziki yükləmələrdən sonra onların bərpa olunmalarına da öz təsirini göstərib. 

  İlin əvvəlində isə bahadırlarımız Dağıstanın Kaspiysk şəhərində təlim-məşq toplanışında olublar.

 


Digər xəbərlər