Qadın güləşçimiz Avropa çempionatının 1/2 finalında!

  Bölmə: Güləş | 53 | 16:14 07-03-2019
Qadın güləşçimiz Avropa çempionatının 1/2 finalında!

    Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Dördüncü yarış günündə 53, 57, 62, 65 və 72 kq-da çıxış edən qadın güləşçilər mübarizə aparır. Mübarizəyə 1/4 finaldan başlayan Tatyana Varansova debütdə Polşa idmançısına qalib gələrək yarımfinala yüksəlib. Mingəçevir güləş məktəbinin yetirməsi axşam seansında final yolunda Almaniya nümayəndəsi ilə üz-üzə gələcək. Elis Manolova təsnifat mərhələsində Belarus güləşçisinə aman verməyərək vaxtın əvvəl qələbə qazanıb. Ancaq 1/4 finalda Rumıniya təmsilçisinə məğlub olub. 53 kq 1/2 final - Tatyana Varansova - Annika Vendl (GER) 1/4 final - Tatyana Varansova - Aqata Marta Valerjak (POL) 8:3 65 kq 1/4 final - Elis Manolova - Krista Tunde İnçe (ROU) 0:4 Təsnifat - Elis Manolova - Veronika Eismant (BLR) 9:0.

 


Digər xəbərlər