Voleybol federasiyasına qarşı boykot!

  Bölmə: Maqazin | 520 | 01:21 08-03-2019
Voleybol federasiyasına qarşı boykot!

   Ölkə çempionatı çərçivəsində keçirilən “Lokomotiv” – U-19 matçı peşəkar hakimlər olmadan keçirilib. Belə ki, hakimlər maaşlarını ala bilmədikləri üçün çempionatı boykot ediblər. Bu səbəbdən qarşılaşmanı “Lokomotiv”in məşqçisi idarə edib. Oyunun xətt hakimləri isə ümumiyyətlə olmayıb. Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur. O, bu posta 2016-cı ilin oktyabrında seçilib. (Yenicag.az)

Qeyd edək ki , Cavid Qurbanov " Azərbaycan Dəmir Yolları ” Qapalı Səhmdar Cəmiyyətinin sədri seçildikdən sonra 80 illik yaşı olan " Lokomotiv " İdman Sağlamlıq Mərkəzinin fəaliyyətinə son qoyuldu. Hətta ləğv edilən idman zallarının birinin yerində hündürmərtəbəli bina inşa olunur və yüzlərlə  idmançı və məşqçilər karyeralarını davam etdirmək üçün zalsız qalıblar. 


Digər xəbərlər