Cüdo üzrə Azərbaycan birinciliyində ilk günə yekun vurulub

  Bölmə: Digər növlər | 41 | 11:21 10-03-2019
Cüdo üzrə Azərbaycan birinciliyində ilk günə yekun vurulub

Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən 15 yaşadək yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyində ilk günə yekun vurulub. 

Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirin birinci günündə altı çəki dərəcəsində qaliblər müəyyənləşib.

Ölkə birinciliyində qızların yarışında 28 kq, 40 kq, 52 kq, oğlanların mübarizəsində isə 34 kq, 46 kq və 60 kq çəki dərəcələrində mükafatçılar məlum olub.

Azərbaycan birinciliyinin qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub. 

Qeyd edək ki, üç gün davam edəcək ölkə birinciliyində 75 klubdan 518 cüdoçu (482 oğlan, 36 qız) mübarizə aparır. 


Digər xəbərlər