Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

  Bölmə: Güləş | 559 | 11:25 10-03-2019
Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Təmsilçilərimizdən yalnız Davud İbrahimov ümidləri doğruldaraq, bürünc medalı boynundan asıb. Beləliklə, Novi Sadda ilk medalımız İbrahimovdan gəlib.

57 kq

Təsəlliverici görüş - İslam Bazarqanov - Razvan Marian Kovats (ROU) 3:4

Təsnifat - İslam Bazarqanov - Andrey Yatsenko (UKR) 2:12

65 kq

1/8 final - Turan Bayramov - Sain Kazirik (RUS) 7:8

70 kq

Bürünc medal görüşü - Davud İbrahimov - Vasile Diakon (MDA) 6:5

Təsəlliverici görüş - Davud İbrahimov - Aleksey Boruta (UKR) 9:7

Təsnifat - Davud İbrahimov - Razambek Camalov (RUS) 1:11

79 kq

1/4 final - Rəşad Yusifli - Tariel Qaprindaşvili (GEO) 7:9

Təsnifat - Rəşad Yusifli - Mattias Şmidt (GER) 8:1

97 kq

1/4 final - Əliməhəmməd Alixmayev - Givi Matçaraşvili (GEO) 0:11


Digər xəbərlər