Rəsul Çunayev : " İdman karyeramı başa vurduqdan sonra güləş zalı da açacam "

  Bölmə: Maqazin | 311 | 14:41 10-03-2019
Rəsul Çunayev : " İdman karyeramı başa vurduqdan sonra güləş zalı da açacam "

  Yunan-Roma güləşi üzrə dünya , Avropa çempionu, Olimpiya mükafatçısı Rəsul Çunayev " GO FITNESS " adlı idman zalı açıb. " Olimpsport.az " xəbər verir ki, bu gün idman zalının rəsmi açılış mərasimi olub. Mərasimdə ölkəmizin tanınmış idmançıları da iştirak edib. Mərasimdə öz ürək sözlərini bildirən səbəbkar əvvəlcə idman zalının açılışında iştirak edən hər kəsə dərin minnətdarlığını bildirdi. Güləş ustası çıxışı zamanı maraqlı fikirlər də səsləndirib : " Mənə valideynlər müraciət edib bildirirlər ki, güləş zalı da açsaydın uşaqlarımızı gətirib güləşə yazdırardıq. Bu mənim də arzumdur. Hazırda isə idman karyeramı davam etdirirəm. İnanıram ki, idman karyeramı başa vurduqdan sonra güləş zalı da açacam " .


Digər xəbərlər