"Neftçi"nin baş məşqçisi: "Komandanın oyunundan razı qaldım"

  Bölmə: Ölkə futbolu | 281 | 21:28 10-03-2019
"Neftçi"nin baş məşqçisi: "Komandanın oyunundan razı qaldım"

"Komandanın oyunundan tam razı qaldım. İlk dəqiqədən sona qədər mübarizə apardıq. Bu cür futbolçularım olduğu üçün fəxr edirəm".

Bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XX turunda "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

54 yaşlı mütəxəssis bildirib ki, "Sumqayıt" hesabı açdığı epizodda müdafiəçi Mamadu Mbocla qapıçı Səlahət Ağayev arasında anlaşılmazlıq yaşanıb: "Buna rəğmən, özünü toparladı və lazımı qolu vurdu. İlk pillədə qərarlaşmağımızın psixoloji baxımdan bizə mənfi təsir etdiyini deməzdim. Növbəti oyunlara hazırlaşacağıq".


Digər xəbərlər