Zidan yenidən "Real"ın baş məşqçisi təyin olunub

  Bölmə: Xarici futbol | 25 | 09:01 13-03-2019
Zidan yenidən "Real"ın baş məşqçisi təyin olunub

Fransalı futbol mütəxəssisi Zinəddin Zidan yenidən Madridin "Real" klubunun baş məşqçisi postuna qayıdıb.

Bu barədə "Kral klubu"nun rəsmi saytı məlumat yayıb.

O, Madrid komandası ilə 2022-ci ilin yayına qədər müqavilə imzalayıb. Zidan bu postda Santyaqo Solarini əvəz edib.

Qırx altı yaşlı məşqçi 2016-2018-ci illərdə "Real"ı çalışdırıb. İspan klubu onun rəhbərliyi altında üç dəfə Çempionlar Liqasının qalibi olub, hərəsi bir dəfə olmaqla İspaniya çempionatını və ölkə Superkubokunu qazanıb. Bundan əlavə, "Real" Zidanın rəhbərliyi altında hər biri iki dəfə olmaqla UEFA Superkuboku və Dünya klub çempionatında qalibiyyət əldə edib.


Digər xəbərlər