AFFA İntizam Komitəsi "Sumqayıt"ın baş məşqçisi və qapıçısının cəzasını açıqlayıb

  Bölmə: Ölkə futbolu | 322 | 09:02 13-03-2019
AFFA İntizam Komitəsi "Sumqayıt"ın baş məşqçisi və qapıçısının cəzasını açıqlayıb

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XX turun “Sumqayıt” – “Neftçi” matçında baş verənlərlə bağlı cəzalarını açıqlayıb. 

"Gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Ayxan Abbasov 1, qapıçı Mehdi Cənnətov 3 oyunluq diskvalifikasiyaya məruz qalıb. Cənnətov 78-ci dəqiqədə aqressiv davranışı səbəbindən birbaşa qırmızı vərəqə alıb. Abbasov isə 85-ci dəqiqədə texniki zona qaydalarını pozub. Klub qapıçısına görə 2400 manat, baş məşqçisinə görə isə 800 manat cərimələnib. 

82 və 84-cü dəqiqələrdə isə yerli azarkeşlər meydana kənar əşyalar atıblar. Bu səbəbdən, klub 1600 manat ziyana düşüb. 

Eyni zamanda, "Sumqayıt"ın 4, "Neftçi"nin 8 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən, hər iki klub 800 manat cərimələnib. 

Qeyd edək ki, "Kapital Bank Arena"da baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 


Digər xəbərlər