Azərbaycan Premyer Liqasında həftənin rəmzi komandası və ən yaxşı futbolçusu açıqlanıb

  Bölmə: Ölkə futbolu | 184 | 09:03 13-03-2019
Azərbaycan Premyer Liqasında həftənin rəmzi komandası və ən yaxşı futbolçusu açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun rəmzi komandası açıqlanıb.

“InStat” şirkətinin təhlili əsasında "11-liy"ə "Neftçi" və "Keşlə"dən hərəyə 4, "Qəbələ"dən 2, "Zirə"dən isə 1 futbolçu düşüb.

Qapıçı: Kamal Bayramov (“Zirə”)

Müdafiəçilər: Azər Salahlı (“Keşlə”) - 3, Kiril Petrov (“Neftçi”) - 4, Mamadu Mboc (“Neftçi”), Cabir Əmirli (“Keşlə”) - 2

Yarımmüdafiəçilər: Stiven Monroz (“Qəbələ”) - 5, Valeri Kutsenko (“Keşlə”), Mamadu Kane (“Neftçi”), Namiq Ələsgərov (“Neftçi”)

Hücumçular: Conatan Ayite (“Keşlə”), Ceyms Adeniyi (“Qəbələ”) - 6

Həftənin oyunçusu adına isə "Səbail" komandası ilə görüşdə dubl" edən Adeniyi layiq görülüb. 

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.


Digər xəbərlər