Azad Rəhimov: "Avropanın gənclərini Azərbaycanda birləşdirməliyik"

  Bölmə: Maqazin | 364 | 09:03 13-03-2019
Azad Rəhimov: "Avropanın gənclərini Azərbaycanda birləşdirməliyik"

"Bu, Avropanın gənclərini yarış meydanlarında birləşdirən böyük tədbirdir".

Bunu gənclər və idman naziri Azad Rəhimov bu il Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı (EYOF) barədə danışarkən deyib.

EYOF-un böyük festival və gözəl bayram olduğunu söyləyən nazir yarışın təkcə Azərbaycan deyil, Avropa üçün çox vacib əhəmiyyətini vurğulayıb: "Biz Avropanın gənclərini burada - Azərbaycanda birləşdirməliyik. Onlar dost olmalıdırlar. Dost olmaq üçün ən gözəl imkan mədəniyyətdir, gözəl mahnılardır və sözsüz ki, təhsildir. İstərdik ki, bizim də məktəblərimiz, yarışda iştirak etməyən uşaqlarımız da bu festivala qatılsın, təhsil baxımından Avropadan gələn qonaqlarımız Azərbaycandan daha çox məlumat əldə edə bilsinlər. Bu, bizim üçün çox vacibdir, ona görə ki, Azərbaycan Avropanın bir hissəsi, qitənin vacib ölkəsidir. Bu, Avropa ilə Şərq arasında körpüdür. Ona görə də festival çərçivəsindəki tədbirlərin keçirilməsi və bu gün onların burada təqdimatı bizim üçün çox vacibdir".

Qeyd edək ki, XV Avropa Gənclər Olimpiya Festivalı 21 – 27 iyulda keçiriləcək.


Digər xəbərlər