Simeone Ronaldunun nalayiq hərəkətinə münasibət bildirib

  Bölmə: Xarici futbol | 380 | 09:06 13-03-2019
Simeone Ronaldunun nalayiq hərəkətinə münasibət bildirib

"Atletiko"nun baş məşqçisi Diyeqo Simeone "Yuventus"un hücumçusuKriştianu Ronaldunun Çempionlar Liqasının 1/8 final mərhələsinin Turində keçirilən cavab oyununda qazanılan qələbədən sonra (3:0) rəqib azarkeşlər önündə etdiyi nalayiq hərəkətə münasibət bildirib.

O, Ronaldunun bu hərəkətlə "Yuventus" kimi böyük klubun ruhunu nümayiş etdirdiyini bildirib.

"O, azarkeşləri düşünürdü və "Yuventus" kimi böyük bir klubun ruhunu nümayiş etdirdi", - deyə Simeone qeyd edib.

Əslində isə Ronaldu "Atletiko" Madriddə Turin klubunun qapısına vurulan qolu qeyd edən zaman (2:0) Simeonenin etdiyi nalayiq hərəkətə cavab olaraq bu jesti etmişdi.


Digər xəbərlər