Rio-2016: Medalçılarımız Bakıda qəhrəman kimi qarşılandılar -FOTOLAR

  Bölmə: Olimpiya Növləri | 2905 | 01:54 15-08-2016
Rio-2016: Medalçılarımız Bakıda qəhrəman kimi  qarşılandılar -FOTOLAR

Bu gün Rio Olimpiadasında çıxışını başa vuran Azərbaycan cüdoçuları vətənə dönüblər. Olimpsport.az saytının məlumatına görə, 25 nəfərdən ibarət nümayəndə heyəti Paris-Bakı reysi ilə paytaxta gəliblər.

 

Aralarında gümüş medalçılarımız Rüstəm Orucov (73 kq) və Elmar Qasımovun (100 kq) da olduğu heyəti gözləyənlər arasında media nümayəndələri ilə yanaşı çox sayda idmansevər və idman ictimaiyyətinin nümayəndələri də olublar.

 

Təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına 18:50-də enib. Cüdo azarkeşləri idmançıları “Cəngi” sədaları altında, bayraqlarla və şüarlarla qarşılayıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Digər xəbərlər