Maksim Medvedev: "Oyun səviyyəmiz nisbətən azdır"

  Bölmə: Ölkə futbolu | 2510 | 11:52 21-03-2019
Maksim Medvedev: "Oyun səviyyəmiz nisbətən azdır"

"Güclü rəqibə qarşı çıxış edəcəyik".

Bunu Azərbaycan yığmasının kapitanı Maksim Medvedev səfərdə Xorvatiya ilə keçirəcəkləri AVRO-2020-nin seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.

Kapitan yaxşı oynamağa çalışacaqlarını bildirib:

"Ola bilsin, oyun səviyyəmiz nisbətən azdır. Buna baxmayaraq, biz də yaxşı oynamağa çalışacağıq".

Martın 21-də "Maksimir" stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.


Digər xəbərlər