Zlatko Daliç: "Əsas məsələ odur ki, 3 xal qazandıq"

  Bölmə: Ölkə futbolu | 14787 | 10:38 22-03-2019
Zlatko Daliç: "Əsas məsələ odur ki, 3 xal qazandıq"

Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Azarkeşlərə dəstəklərinə görə minnətdaram. Seçmə qrup mərhələsinin əvvəlində vacib 3 xal qazandıq. İndi bizi Macarıstanla səfər oyunu gözləyir".

Bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin seçmə qrup oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. 

53 yaşlı mütəxəssis bildirib ki, qonaq komanda çox motivasiyalı olub. O, oyunun əvvəllərində çoxlu imkan yarada bilməmələrindən şikayətlənib: "Amma bu, hələ seçmə tsiklin əvvəlidir. Əsas məsələ odur ki, 3 xal qazandıq".

Qeyd edək ki, Xorvatiya Macarıstanla martın 24-də Budapeştdə üz-üzə gələcək.

Xorvatiya və Azərbaycan yığmaları arasındakı futbol üzrə AVRO-2020-nin seçmə matçı meydan sahiblərinin qələbəsi ilə başa çatıb.


Digər xəbərlər