Rafael Ağayev Avropa çempionatının finalına yüksəlib

Azərbaycan karateçisi Rafael Ağayev İspaniyanın Qvadalaxara şəhərində start götürən Avropa çempionatının finalına yüksəlib.
34 yaşlı idmançı buna 75 kq çəki dərəcəsində nail olub. Ağayev ardıcıl olaraq, Yusid Sulyiç (Bosniya və Herseqovina), Bekim Başa (Albaniya), Elhami Şabani (Kosovo) və Stanislav Horuna (Ukrayna) üzərində qələbə qazanıb. O, martın 30-da keçiriləcək həlledici görüşdə italiyalı Luici Busa ilə üz-üzə gələcək.
Həmin gün digər karateçilərdən Nuranə Əliyeva (50 kq), Asiman Qurbanlı (+84 kq) və kata növündə Roman Heydərov bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Rafael Ağayev indiyədək 5 dəfə dünya, 11 dəfə Avropa çempionu, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının qalibi olub.
-
Futzal millimiz Moldova yığmasına qalib gəlib
...
-
Əslən azərbaycanlı olan bodibildinq üzrə iranlı dünya çempionu ölkəmizin şərəfini qorumaq istəyir
...
-
Cəlal Qurbanov AMİNA-ya vitse-prezident seçilib
...
-
Uşaq Paralimpiya Hərəkatının "Valideyn Klubu" üçün təqdimat olub
...
-
Teymur Rəcəbov "Opera Euro Rapid" mərhələsinin yarımfinalına yüksəlib
...
-
Teymur Rəcəbov "Champions Chess Tour" yarışına uğurlu start verib
...
-
Teymur Rəcəbov “Champions Chess Tour” seriyasının "Opera Euro Rapid" turnirində yarışacaq
...
-
Teymur Rəcəbov: "Ümid edirəm ki, FIDE məni iddiaçılar Turnirindən kənarda qoymamaq üçün məqbul bir həll variantı tapacaq
...
-
Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş onlayn şahmat turniri keçiriləcək
...
-
Müasir beşnövçülük üzrə dünya çempionatı Qahirədə keçiriləcək
...