Beynəlxalq quruma yeni prezident seçilib

  Bölmə: Maqazin | 764 | 21:54 08-04-2019
Beynəlxalq quruma yeni prezident seçilib

   Aprelin 8-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Baş Assambleyasının iclası keçirilib. İclasda İHİF-in və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib. Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov və MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov da tədbirə qatılıblar. İHİF-in prezidentliyinə namizəd, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti, Şahzadə Abdulaziz bin Turki Alfaisal tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yousef bin Ahmed Al-Osaymin, prezident səlahiyyətlərini icra edən Hamad Kalkaba Malboum hesabat məruzələr ilə çıxış ediblər. Sonra federasiyaya prezident seçkiləri keçirilib. İHİF-in İcraiyyə Komitəsi üzvlərinin yekdil səsi ilə Şahzadə Abdulaziz bin Turki Alfaisal qurumun prezidenti seçilib.


Digər xəbərlər