Antalyada iki medal

  Bölmə: Cüdo | 389 | 21:56 08-04-2019
Antalyada iki medal

  Aprelin 5-dən 7-dək Antalyada keçirilən cüdo üzrə Qran-Pri yarışı başa çatıb. Beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha iki medal qazanıblar. Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (+78 kq) Monqolustan, İsrail, Rusiya və Braziliya cüdoçularını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuzun mükafatlandırma mərasimində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iştirak edib. Kişi cüdoçular arasında mübarizə aparan Elmar Qasımov (100 kq) yalnız bir görüşdə uduzaraq bürünc medala layiq görülüb. Elmar üçüncü yer uğrunda qarşılaşmada Misir idmançısı Ramazan Dərvişə qalib gəlib. Beləliklə, Azərbaycan cüdoçuları Türkiyədə baş tutan nüfuzlu yarışı dörd medalla (1 qızıl, 1 gümüş və 2 bürünc) başa vurublar. Xatırladaq ki, əvvəlki yarış günlərində Rüstəm Orucov (73 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.


Digər xəbərlər