UEFA ispanlara inanır

  Bölmə: Xarici futbol | 97 | 22:00 08-04-2019
UEFA ispanlara inanır

   Çempionlar Liqasında 1/4 final mərhələsində keçirilən oyunların hakimləri müəyyənləşib. Belə ki, "Liverpul" - "Portu" qarşılaşmasını ispaniyalı Antonio Migel Mateu Lahoz idarə edəcək. "Tottenhem" - "Mançester Siti" görüşü isə hollandiyalı Byorn Kuypersə tapşırılıb. Mərhələnin növbəti görüşlərində də hakimləri adları məlumdur. "Ayaks" - "Yuventus" oyununu ispaniyalı Karlos del Serro Qrande idarə edəcək. "Mançester Yunayted" - "Barselona" qarşılaşması isə italiyalı Canluka Rokkiyə həvale olunub.

Qeyd edək ki, görüşlərin hamısı aprelin 9-10-da Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Digər xəbərlər