Messi Kasilyası arxada qoydu

  Bölmə: Xarici futbol | 258 | 22:28 08-04-2019
Messi Kasilyası arxada qoydu

   La Liqanın 31-ci turunun "Atletiko" ilə oyunu (2:0) "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub. Argentinalı superulduz Kataloniya klubunun heyətində İspaniya çempionatında 335-ci qələbəsini qazanıb. O, bu göstərici ilə "Real"ın sabiq qapıçısı, hazırda "Portu"da çıxış edən İker Kasilyası geridə qoyub.

Qeyd edək ki, Messi bu nəticəyə 446 matçda nail olub.


Digər xəbərlər