Güləş üzrə Avropa çempionatında uğurlu start davam edir

  Bölmə: Güləş | 410 | 18:03 09-04-2019
Güləş üzrə Avropa çempionatında uğurlu start davam edir

    Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı davam edir. İkinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən pəhləvanlar qüvvəsini sınayır. Əhmədnəbi Qvarzatilov zədələndiyi üçün son anda heyətə cəlb edilən Əsgər Məmmədəliyev debütdə Rumıniyadan olan həmkarına müqavimət göstərə bilməyib. Ötən il gənclər arasında dünya çempionu olan Hacımurad Hacıyev ardıcıl Moldova və Rumıniya təmsilçilərinə çox rahat qalib gələrək yarımfinala adlayıb. Murad Süleymanov isə sırayla Macarıstan, Almaniya və İspaniya yığmasının üzvlərinə gücünü göstərib və yarımfinala vəsiqə qazanıb. Mübarizəyə 1/4 finaldan başlayan Şərif Şərifov Rusiya nümayəndəsini üstələyərək yarımfinala yüksəlib. Seyid Məhəmmədrza Azərşakib isə ilk mərhələdə kosovolu güləşçiyə məğlub olub. Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

61 kq Təsnifat - Əsgər Məmmədəliyev - Nikolay Oxlopkov (ROU) 0:6

74 kq 1/8 final - Hacımurad Hacıyev - Georgi Paskalov (MDA) 10:1

1/4 final - Hacımurad Hacıyev - Maksim Vasilioqlo (ROU) 11:1

1/2 final - Hacımurad Hacıyev - Frank Çamizo (İTA)

86 kq Təsnifat - Murad Süleymanov - Riçard Ferents Liqeti (HUN) 5:0

1/8 final - Murad Süleymanov - Ahmed Dudarov (GER) 10:1

1/4 final - Murad Süleymanov - Teymuraz Naskidaeva (ESP) 7:2

1/2 final - Murad Süleymanov - Vladislav Vəliyev (RUS)

92 kq 1/4 final - Şərif Şərifov - Məhəmməd Qurbanov (RUS) 6:2

1/2 final - Şərif Şərifov - İrakli Mtsituri (GEO)

125 kq Təsnifat - Seyid Məhəmmədrza Azərşakib - Eqzon Şala (KOS) 9:13

Görüşləri aşağıdakı linkdən izləyə bilərsiniz:

https://unitedworldwrestling.org/event/european-championships-6


Digər xəbərlər