AÇ: Şərif Şərifov finalda-YENİLƏNİR

  Bölmə: Güləş | 272 | 19:27 09-04-2019
AÇ: Şərif Şərifov finalda-YENİLƏNİR

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı davam edir. İkinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən pəhləvanlar qüvvəsini sınayır. Əhmədnəbi Qvarzatilov zədələndiyi üçün son anda heyətə cəlb edilən Əsgər Məmmədəliyev debütdə Rumıniyadan olan həmkarına müqavimət göstərə bilməyib. Ötən il gənclər arasında dünya çempionu olan Hacımurad Hacıyev ardıcıl Moldova və Rumıniya təmsilçilərinə çox rahat qalib gələrək yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında ikiqat dünya çempionu olmuş italiyalı rəqibinə bata bilməyib. Hacıyev aprelin 10-da bürünc medal görüşünə çıxacaq. Murad Süleymanov isə sırayla Macarıstan, Almaniya və İspaniya yığmasının üzvlərinə gücünü göstərib və yarımfinala vəsiqə qazanıb. Lakin gənc güləşçimiz bu mərhələdə rusiyalı həmkarına uduzub. Beləliklə, Murad da aprelin 10-da üçüncü yer uğrunda güləşəcək. Mübarizəyə 1/4 finaldan başlayan Şərif Şərifov Rusiya nümayəndəsini üstələyərək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanına da öz gücünü göstərən dünya və olimpiya çempionu ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə AÇ-nin finalına adlayıb. Seyid Məhəmmədrza Azərşakib isə ilk mərhələdə kosovolu güləşçiyə məğlub olub. Qeyd edək ki, bu çəkilər üzrə medal qarşılaşmaları aprelin 10-da saat 19:00-dan etibarən keçiriləcək.

61 kq Təsnifat - Əsgər Məmmədəliyev - Nikolay Oxlopkov (ROU) 0:6

74 kq 1/8 final - Hacımurad Hacıyev - Georgi Paskalov (MDA) 10:1

1/4 final - Hacımurad Hacıyev - Maksim Vasilioqlo (ROU) 11:1

1/2 final - Hacımurad Hacıyev - Frank Çamizo (İTA) 2:6

Bürünc medal görüşü - Hacımurad Hacıyev

86 kq Təsnifat - Murad Süleymanov - Riçard Ferents Liqeti (HUN) 5:0

1/8 final - Murad Süleymanov - Ahmed Dudarov (GER) 10:1

1/4 final - Murad Süleymanov - Teymuraz Naskidaeva (ESP) 7:2

1/2 final - Murad Süleymanov - Vladislav Vəliyev (RUS) 0:7

Bürünc medal görüşü - Murad Süleymanov

92 kq 1/4 final - Şərif Şərifov - Məhəmməd Qurbanov (RUS) 6:2

1/2 final - Şərif Şərifov - İrakli Mtsituri (GEO) 8:2

FİNAL - Şərif Şərifov -

125 kq Təsnifat - Seyid Məhəmmədrza Azərşakib - Eqzon Şala (KOS) 9:13

Görüşləri aşağıdakı linkdən izləyə bilərsiniz:

https://unitedworldwrestling.org/event/european-championships-6


Digər xəbərlər