Avropada Azərbaycan rüzgarı: Cəbrayıl Həsənov da 3-cü dəfə Avropa çempionu oldu

  Bölmə: Güləş | 497 | 20:29 09-04-2019
Avropada Azərbaycan rüzgarı: Cəbrayıl Həsənov da 3-cü dəfə Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatının final görüşünə vəsiqə qazanan Cəbrayıl Həsənovun (79 kq)  rusiyalı rəqibi  Əhməd Qazıməhəmmədov final görüşünə çıxmaqdan imtina edib. Buna görə millimizin kapitanı texniki qələbə ilə 3-dəfə Avropa çempionu tituluna sahib olub.

Qeyd edək ki, rusiyalı idmançının 1/2 final mərhələsində zədələndiyi səbəbdən final görüşünü buraxmalı olduğu bildirilir.


Digər xəbərlər