Balotelli həmkarının burnunu qırıb

  Bölmə: Xarici futbol | 63 | 18:06 10-04-2019
Balotelli həmkarının burnunu qırıb

    "Marsel"in futbolçusu Mario Balotelli 8 oyunluq cəzalandırıla bilər. Buna səbəb italyalı hücumçunun Fransa Liqasının 31-ci turunda "Bordo" ilə görüşdə etdiyi kobudluqdur. O, epizodların birində rəqib futbolçusu Pablo Nasimentoya dirsək zərbəsi vurub. Nəticədə braziliyalı futbolçunun burnu qırılıb. Hakim baş verənləri görmədiyindən Balotelli cəzasız qalıb. Lakin daha sonra epizodun şəkilləri yayılıb və İntizam Komitəsi araşdırmaya başlayıb. Balotellinin 5-8 oyun cəzalandırılacağı gözlənilir.Qeyd edək ki, Balotelli bu mövsüm 21 oyuna 7 qol vurub.


Digər xəbərlər