Saypulla Apsaidov gözlənilən nəticəni verdimi?

  Bölmə: Güləş | 861 | 10:09 12-04-2019
Saypulla Apsaidov gözlənilən nəticəni verdimi?

   Bildiyiniz kimi Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı keçirilir. Artıq sərbəst güləşçilərin yarışı başa çatıb. Saypulla Absaidovun baş məşqçi olduğu millimiz yarışda komanda hesabında üçüncü yeri tutub. Güləşsevərlərin maraqla gözlədiyi nəticə ümumilikdə pis deyil. Bu yarışın nəticəsi həm də ona görə maraqla gözlənilirdi ki, komandamızı qitə çempionatına yeni baş məşqçi Saypulla Absaidov çıxarmışdı. Hamı bu dəyişikliyin necə effektiv olacağını düşünürdü. Elə bəlkə də bu səbəbdən baş məşqçi ilk böyük sınağın məsuliyyətini dərk edib yarışa ən güclü bahadırlarımızı aparmışdı. Yəqin ki, Saypulla müəllim ilk sınaqdaca uğur qazanıb bu təzyiqləri üzərindən atmaq istəyirdi və bunu da bacardı. Düzdür, legioner baş məşqçinin əsas gücü bu ilin payızında Kazaxstanda keçiriləcək dünya çempionatında görsənəcək. Təkcə ona görə yox ki, bu ilki mundial olimpiadaya lisenziya verəcək. Ən azı ona görə ki, Absaidov Nur-Sultanda Budapeşt uğursuzluğunu təkrarlamamağa çalışacaq. Hər halda görünən odur ki, təcrübəli məşqçi bir neçə ay ərzində uğurun yolunu tapa bilib.


Digər xəbərlər