"Qarabağ" sona bir tur qalmış Azərbaycan çempionu adını qazanıb

  Bölmə: Ölkə futbolu | 516 | 22:24 05-05-2019
"Qarabağ" sona bir tur qalmış Azərbaycan çempionu adını qazanıb

Ağdamın "Qarabağ" futbol komandası 7-ci dəfə olaraq Azərbaycan çempionu adını qazandı. Ağdam təmsilçisi bu uğura bu gün keçirilən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XXVII    turunda evdə qarşılaşdığı "Səbail" üzərində 4:0 hesablı qələbədən sonra imza atıb. Qeyd edək ki , "Qarabağ" sona bir tur qalmış ən yaxın izləyicisi "Neftçi" dən 5 xal fərqi ilə öndə olaraq çempion adını qazanıb. Sona bir tur qalmasına baxmayaraq çempionatın gümüş və bürünc medal sahibləri də məlum olub. Bu gün səfərdə "Qəbələ" ni məğlub(1:3) edən "Neftçi" gümüş, "Səbail" isə bürünc medala yiyələnib. Çempionatda sonuncu yeri isə "Keşlə"nin  tutduğu da əvvəlcədən müəyyən olunub.


Digər xəbərlər