Bədbəxt hadisə: içərisində güləşçilərimiz olan mikroavtobus aşıb-ÖLƏN VAR!

  Bölmə: Maqazin | 1622 | 10:47 06-05-2019
Bədbəxt hadisə: içərisində güləşçilərimiz olan mikroavtobus aşıb-ÖLƏN VAR!

  Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 72-ci kilometrində ağır yol-nəqliyyat hadisəsi baş verib. olimpsport.az xəbər verir ki, Şirvan şəhərindən Cəlilabad şəhərində keçiriləcək yarışa yola düşən “Mercedes Vito “ markalı, 90 SL 765 dövlət nömrə nişanlı mikroavtobus idarəetməni itirərək aşıb. Yaxın mənbənin verdiyi məlumata görə mikroavtobusda azyaşlı güləşçilər olub və hadisə nəticəsində avtomaşında olan güləşçilərdən biri dünyasını dəyişib, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. 


Digər xəbərlər