Nicat Şıxəlizadə: "Avropa Oyunlarında uğurla çıxış etmək istəyirəm"

  Bölmə: Cüdo | 88 | 11:16 11-05-2019
Nicat Şıxəlizadə: "Avropa Oyunlarında uğurla çıxış etmək istəyirəm"

    Finalda qarşılaşdığım rəqibə bir neçə dəfə qalib gəlmişəm. Həlledici mərhələdə qələbə qazanacağıma ümid edirdim. Həm də bu yarış ölkəmizdə keçirildiyinə görə mütləq qalib gəlmək istəyirdim. Güləşərkən buraxdığım kiçik səhvə görə məğlub oldum. "Olimpsport.az ” xəbər verir ki, bu sözləri ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turnirində gümüş medal qazanmış cüdoçumuz Nicat Şıxəlizadə deyib. Cüdoçu növbəti turnirlərdə də uğurla çıxış edib Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmağı qarşıya məqsəd qoyduğunu bildirib. Nicat Şıxəlizadə komanda yoldaşlarının məğlub olmasına münasibət bildirərkən onların əksəriyyətinin gənc olduğunu vurğulayıb: "Bu gün onlardan da medal gözləyirdik. Onların əksəriyyəti gənclərdir və bu yarışda özlərini sınadılar. Ümid edirəm ki, növbəti turnirlərdə medal qazanacaqlar". İdmançı qarşıda əsas hədəfin ikinci Avropa Oyunları olduğunu bildirib: “Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında uğurla çıxış etmək istəyirəm. Bunun üçün hazırlığımı bir qədər də artırmalıyam”.


Digər xəbərlər