Sonuncu turda həm də bombardirlərin siyahısı məlum olacaq

  Bölmə: Ölkə futbolu | 428 | 11:57 11-05-2019
Sonuncu turda həm də bombardirlərin siyahısı məlum olacaq

  Bu gün Topaz Premyer Liqasının sonuncu - 27-ci turuna start veriləcək. Turun açılış görüşü “Bayıl Arena” stadionunda keçiriləcək. Çempionatda bürünc medalları özlərinə təmin etmiş “Səbail” autsayder “Keşlə”ni qəbul edəcək. Turun digər oyunu Sumqayıtdakı “Kapital Bank Arena” stadionunda təşkil olunacaq. Şəhərin eyni adlı klubu “Qəbələ” komandasını qəbul edəcək. “Zirə” klubu səfərdə debütant “Sabah” komandasının qonağı olacaq. Sonunda turun son və mərkəzi qarşılaşması “Bakcell Arena”da baş tutacaq. Çempionluğunu vaxtından əvvəl rəsmiləşdirmiş “Qarabağ” səfərdə “Neftçi”in qonağı olacaq. Qeyd edək ki, “Səbail”–“Keşlə” oyunu saat 15:00-da, “Sabah”–“Zirə”, “Sumqayıt”–“Qəbələ” görüşləri saat 16:00-da, “Neftçi”-“Qarabağ” matçı isə saat 18:00-da başlayacaq. İyirmi altı turdan sonra turnir cədvəlinə 63 xalla çempionluğunu vaxtından əvvəl rəsmiləşdirmiş “Qarabağ” klubu başçılıq edir. Aktivində 58 xal olan “Neftçi” ikinci, 41 xalla “Səbail” üçüncü, 36 xalla “Qəbələ” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə, müvafiq olaraq, “Zirə” (28), “Sabah” (27), “Sumqayıt” (26) və “Keşlə” (20) yer alırlar. Qeyd edək ki, bu gün eyni zamanda çempionatın bombardirləri siyahısı da məlum olacaq. Aktivində hərəyə 14 qolu olan "Neftçi" nin üzvü Baqali Dabo və "Qarabağ " ın  futbolçusu Mahir Mədətov ən məhsuldar olmağa daha yaxındırlar. Elə bu səbəbdən də "Neftçi"-"Qarabağ " matçının əsas gərginliyini artıran amillərdən biri də bu futbolçuların mübarizəsi olacaq. 


Digər xəbərlər