"Böyük dəbilqə"də bürünc medal qazanan Telman Vəliyev azarkeşlərin dəstəyini xüsusi qeyd edib

  Bölmə: Cüdo | 343 | 23:20 11-05-2019
"Böyük dəbilqə"də bürünc medal qazanan Telman Vəliyev azarkeşlərin dəstəyini xüsusi qeyd edib

 "Böyük dəbilqə" yarışları cüdo üzrə ən nüfuzlu turnirlərdən biridir. Belə bir yarışda medal əldə etdiyim üçün çox sevinirəm. Bu hissləri yaşamaq üçün qələbə qazanmaq lazımdır. "Böyük dəbilqə"nin bürünc medalı mənim üçün çox önəmli nəticədir. OLİMPSPORT  xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük dəbilqə" beynəlxalq turnirində bürünc medal qazanan gənc cüdoçumuz Telman Vəliyev deyib. İdmançı azarkeş dəstəyini xüsusi qeyd edib: "Yarış boyu azarkeşlərin dəstəyi bizi daha yaxşı döyüşməyə ruhlandırırdı. Sevinirəm ki, etimadı doğrultdum".


Digər xəbərlər