“Qəbələ” ÇEMPİON!

  Bölmə: Ölkə futbolu | 5877 | 22:42 30-04-2016
“Qəbələ” ÇEMPİON!

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında çempion müəyyənləşib.

Olimpsport.az saytının məlumatına görə, XXXII turun “Neftçi” ilə oyununda 3:0 hesabı ilə qalib gələn “Qəbələ” çempionatın sonuna 4 tur qalmış 1-ci yeri təmin edib. Ardıcıl 6-cı qələbəsini qazanan Ramin Quliyevin baş məşqçisi olduğu komanda xal hesabını 72-yə çatdırıb. Ən yaxın izləyicisi “Sumqayıt”in “İnter”lə matçda xal itirməsindən yararlanan “qırmızı-qaralar” fərqi 13-ə yüksəldib. Bununla da “Qəbələ” əvəzedicilərin yarışları tarixində ilk dəfə çempion olub.

Əvəzedicilərin yarışının bütün qalibləri

1997/98. OİK (Bakı)

2008/09. “Neftçi” (Bakı)

2009/10. “Qarabağ” (Ağdam)

2010/11. “Bakı” (Bakı)

2011/12. “Neftçi” (Bakı)

2012/13. “Bakı” (Bakı)

2013/14. “İnter” (Bakı)

2014/15. “İnter” (Bakı)

2015/16.  “Qəbələ” (Qəbələ)


Digər xəbərlər